←
Singles Tennis Ranking Azerbaijan
Reytinq qaydaları
Tennis Ranking Azerbaijan - TENNIS.AZ-ın təkli tennis turnirlərində iştirak edən həvəskar tennisçilər üçün professional üslubda təşkil olunmuş ROLLING RANKING platformasıdır.
Bu reytinq oyunçunun “mütləq gücünü” deyil, onun son turnirlərdə göstərdiyi nəticələrə əsaslanan hazırkı mövqeyini göstərir. Buna görə də çox güclü oyunçu az oynadığı və ya turnirləri buraxdığı halda cədvəldə aşağı sıralarda ola bilər.
Sistemin əsas məqsədi müntəzəm oyunu, aktivliyi, stabil nəticələri və daha güclü qruplara yüksəlişi təşviq etməkdir.